Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Navalnı: “Məni Putin zəhərlətdirib”

Rusiya müxalifətinin lideri Aleksey Navalnı Almaniyanın “Der Spiegel” jurnalına müsahibə verib.

O, zəhərlənməsində birbaşa Rusiya prezidenti Vladimir Putinin əli olduğunu bildirib.

Vladimir Putin Vladimir Putin

Bizimyol.info xəbər verir ki, Navalnı Rusiyaya qayıtmağa hazır olduğunu söyləyib. Müxalifətçi zəhərlənməsinin Putinin tapşırığı olduğuna şübhə etmədiyini deyib.

“Cinayətin arxasında Putin dayanır. Başqa versiya ağlıma gəlmir. Amma mən qorxmuran. İndi əsas işim qorxmaz qalmaqdır”, - Navalnı belə deyib.

Müxalifətçi zəhərlənmə anını yaxşı xatırlayır. Dediyinə görə, heç bir ağrı hiss etmirmiş: “Amma bilirsən ki, ölürsən...”

Navalnı təxminən bir aya tam bərpa olunacaq. Onun oktyabrın sonlarında və ya noyabrın əvvəllərində Rusiyaya qayıtması gözlənilir.

Navalnının avqustun 20-də Tomskda Moskvaya uçarkən təyyarədə halı pisləşmişdi. Təyyarə Omskda məcburi eniş etmişdi. Onu avqustun 22-də Almaniyaya yola salmışdılar.

Son xəbərlər
Bütün xəbərlər »