Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın paytaxt şəhəri karantinə göndərilib

Koronavirus sürəti heç cür azaltmaq istəmir. Dünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlər nikbinliyə əsas vermir. Ümumi cədvəlin üst sıralarında yer alan İspaniyada yenə vəziyyət pisləşib. Gün ərzində virusa yoluxanların sayı 10 min nəfəri keçir.

Bizimyol.info xəbər verir ki, İspaniyanın paytaxtı Madrid karantinə göndərilib. Ölkənin səhiyyə naziri Salvador İlya Madridi xüsusi şəhər adlandırıb. Onun sözlərinə görə, indi söhbət həm də İspaniyanın sağlıq durmundan gedir.

Paytaxt sakinləri şəhəri bir neçə səbəbdən tərk edə bilər. Əsas yerlərdən birini iş tutur. Barlar və restoranlar iş saatını azaldacaq. Eyni məkanda altı nəfərdən çox insan bir yerə toplaşa bilməz.

İspaniyada virusa yoluxanların ümumi sayı 800 min nəfərə yaxınlaşır. Ölkə bu göstəriciyə görə dünyada yeddincidir. Azı 31.7 min ispan koronavirusdan həyatını itirib.

Dünyada virusa yoluxanların sayı 34 milyon nəfəri keçib. Təxminən 1.02 milyon pasiyent infeksiya ilə mübarizədə məğlub olub.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »