Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik: V-IX siniflərin həftədə 5 dəfə dərsə gəlmələri nəzərdə tutulmur

"Oktyabrın 1-dən I – IV sinif şagirdləri həftədə 3 dəfə əyani dərslərdə iştirak edəcək. Nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib".

Bizimyol.info xəbər verir ki, nazirlikdən verilən məlumata görə, şagird sayı 200-dən az olan məktəblərdə (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) sinifdə şagirdlərin sosial məsafə gözlənilməklə yerləşdirilməsi mümkün olduğu halda, ibtidai siniflər həftədə 5 dəfə ənənəvi qaydada dərsə gələ bilərlər. Bu zaman fiziki tərbiyə dərslərinin keçirilməsi tövsiyə edilmir.

1 oktyabr tarixindən V – IX sinif şagirdləri əyani dərslərə başlayıb. Bütün ölkə üzrə V – IX sinif şagirdləri həftədə 3 dəfə olmaqla əyani dərslərdə iştirak edirlər. Sinifdə şagird sıxlığı uşaqların bütöv siniflə dərs keçməsinə imkan verdiyi halda belə, şagird və müəllim hərəkətliliyini azaltmaq məqsədilə onların həftədə 5 dəfə ənənəvi qaydada dərsə gəlmələri nəzərdə tutulmur. Epidemioloji vəziyyət yaxşılaşdıqca şagirdlərin məktəbə daha çox gəlməsi təmin ediləcək.

Qeyd edilib ki, xüsusi karanti rejimi tətbiq edilən regionlarda ictimai nəqliyyatın şənbə günü işləməməsini nəzərə alaraq, dərslərin bir qismini həftəiçi 2-ci və ya 3-cü növbəyə salmaq tövsiyə edilir. Bu rejimi V – IX sinif şagirdlərinə tətbiq etmək məqsədəuyğundur.

Paylaş »
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »