Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistana son 4 gündə 2 milyard dollardan çox ziyan dəyib

Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21:30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyindən Qazet.az-a bildirilib ki, bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

– 200-dək tank və digər zirehli texnika;

– 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

– 30 ədəd hava hücumundan müdafiə vasitələri;

– 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

– 5 silah-sursat anbarı;

– 110-dan artıq avtomobil texnikası;

– 1 ədəd “S-300” zenit-raket kompleksi

Qazet.az-ın hərbi ekspertlərlə birlikdə təqdim etdiyi araşdırmaya görə, “S-300” zenit-raket kompleksinin qiyməti 117 milyon dollar, 1 ədəd tankın məbləği minimum 5 milyon dollar, zirehli texnikaların birinin məbləği isə 2 milyon dollardır.

Məhv edilən yaylım atəşli raket sistemlərinin birinin minimum qiyməti 1 milyon dollar, hava hücumundan müdafiə vasitələrinin birinin qiyməti 1 milyon dollardır.

Ümumilikdə 110 avtomobil texnikasına 20 milyon dollardan çox ziyan dəyib. Ekspertlər hesab edir ki, məhv edilən 5 silah sursat anbarı nəzərə alınmazsa, Ermənistana 1 milyarda qədər ziyan dəyib. Sözügedən itkilər də nəzərə alındığı təqdirdə, bu rəqəmlər 2 milyarddan dəfələrlə çox ola bilər ki, bu da kiçik ölkənin iqtisadiyyatının iflic duruma düşməsi deməkdir.

Qeyd edək ki, göstərilən qiymətlər təqribi hesablamalara əsaslanır.

Son xəbərlər
Bütün xəbərlər »