Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəbhədəki vəziyyətin gərginləşməsilə bağlı Əkrəm Əylislidən açıqlama

“Cəbhədə yaranmış vəziyyətlə bağlı mənim fikrim məsələni həll etmir”.

Bunu Bizimyol.info-ya açıqlamasında yazıçı, qalmaqallı “Daş yuxular” romanının müəllifi Əkrəm Əylisli bildirib.

Yazıçı Ermənistan-Azərbaycan Qarabağ münaqişəsilə bağlı hamı kimi düşündüyünü deyib: “Hamı bu məsələdə Azərbaycanın qələbəsini istəyir. Mənim burada əlavə nə sözüm ola bilər?!”.

Verilən rəsmi məlumata əsasən Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 17 nəfər mülki şəxs həlak olmuş, 51 nəfər yaralanıb.

Azərbaycana qarşı növbəti təcavüz aktı kimi bu gün Ermənistanın Goris rayonu istiqamətindən Azərbaycan ərazisi raket atəşinə məruz qalıb. Bu artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum aktıdır. Birinci hücum Ermənistanın Vardenis rayonu ərazisindən həyata keçirilib. Raket zərbəsi nəticəsində məcburi köçkünlər üçün yeni salınmış Cocuq Mərcanlı kəndində 20-yə yaxın evə zərər dəyib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »