Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbələ sakini qonşusunu bıçaqlayıb

Qəbələ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Vəndam qəsəbəsindəki çayxanalardan birində qeydə alınıb.

Qəsəbə sakini, 1994-cü il təvəllüdlü Ələsgərli Qorxmaz Elçin oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı qonşusu, 1989-cu il təvəllüdlü Qurbanlı Qurban Ramazan oğlunu bıçaqlayıb.

Döş qəfəsindən xəsarət alan Q.Qurbanlı dərhal Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunub.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa)

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »