Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türk general: Ermənistan Tovuz döyüşü ilə Azərbaycanın gücünü test etdi, amma yanıldı

Türkiyə Baş Qərargahının Kəşfiyyat İdarəsinin keşmiş rəsi, general İsmail Haqqı Pekin Azərbaycanla Ermənistan arasında Qarabağ uğrunda gedən savaş barəsində maraqlı fikirlər səsləndirib.

Bizimyol.info Yeni Şafak-a istinadən generalın açıqlamasını təqdim edir:

Bu döyüşlərdə PUA-SİHA-lardan istifadə öz təsirini göstərir. Avqust ayında Tovuz rayonu ərazisinə Ermənistanın hücumundan sonra Türkiyə ilə başladılan birgə hərbi təlimlər nəticəsində Azərbaycan öz müdafiə planlarını tamamilə yenidən qurdu. Bu atılan addımlar bu gün Azərbaycanda keçirilən hərbi əməliyyatların uğurlu nəticələri ilə özünü göstərir.Ermənistan bundan sonra hücum etməzdən öncə iki dəfə düşünəcək. Tovuza edilən hücumlar Azərbaycanın səbrini daşıran son damla oldu. Azərbaycanda uzun müddətdir sürən bir özgüvən əskikliyi var idi. Bu gün Ermənistanın hücumlarına verilən layiqli cavabla bu güvən yerinə gəldi, Azərbaycan ordusu zəfər çalacağına nəinki inandı, hətta tamamilə əmindir, insanlar ölümə belə gülərək, sevinərək gedir. Azərbaycan öz döyüş planlarını sil başdan yapdı ( başdan başa yenilədi) ",- deyə general bildirib.

General Tovuz döyüşləriylə Ermənistanın Azərbaycanın hərbi gücünü test etdiyini, amma yanıldığını vurğulayıb.

Bu gün aramızda ortaq bir zəmin var. Biz hərbi masada əməkdaşlığımızı davam etdirsək, Azərbaycanın özünə inamı daha da artracağıq. Tovuz hücumu ilə Ermənistan Azərbaycanın gücünü test edirdiu. Amma rəsmi Yerevan yanıldı və bu ona çox ağır başa gəldi. Ermənistanın iqtisadiyyatı batmış durumda, başında Paşinyan kimi təcrübəsiz bir lider.,sağdan soldan gələn yardımlarla xalqı yaşatmağa çalışır, sərhədlərini Rusiya qoruyur, hava hücumundan müdafiə sisteminə nəzarəti Rusiya ələ alıb. Ermənistan eyni zamanda bir mafiya ölkəsidir. Ölkəni də bir neçə mafiya ailəsi idarə edir. Ermənistan Tovuz hücumu zamanı düşündü ki, Türkiyənin başı Suriyada, L liviyada, Ağ dənizdə öz problemlərinə qarışıb.ABŞ-la müəyyən problemləri var. Bu vəziyyəti düşünərək biz istədiyimizi edərik, kimsə qarışmaz deyə düşünürdü. 28 il öncə Qarabağı işğal edərkən də eyni düşünmüşdülər. O zaman Azərbaycanın silah sıxıntısı var idi. Biz bu gün Azərbaycana güvən qazandırmışıq və bu güvən masada da davam edərsə Azərbaycan bölgədə ən güclü dövlətə çevrilib eyni problemi təkrar yaşamayacaq".

İlhamə Rəsulova

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »