Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Bu tarixi fürsətdir, atəşkəs olmamalıdır”- Keçmiş komandir müavini Aidə Şirinova

“Qadınların könüllü olaraq ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün qeydiyyatdan keçməsi bizə qürur verir. Birinci Qarabağ müharibəsində də Azərbaycan qadınlarını döyüş meydanında olub, şəhidlik zirvəsinə qədər ucalıblar”.

Bunu Bizimyol.info-ya açıqlamasında Qarabağ müharibəsi veteranı, polis-mayoru Aidə Şirinova bildirib.

A.Şirinova qeyd edib ki, kişilərlə çiyin-çiyinə düşmən üzərinə addımlayan qadınların qələbədə böyük payları var: “Ölkəmizin bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı mübarizəyə cəlb edilib. Birinci Qarabağ müharibəsini xatırlayaq. O vaxt Uzundərədə olan hərbi hospitalda 40 tibb bacısı və həkim çalışırdı. Onlar cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi. Bəzən onlar yaralı əsgərlərə öz qanından qan çəkib vururdular. Qadınların mübarizə apardığını görən əsgərlərdə ruh yüksəkliyi artırdı. Onlar son qanına kimi döyüşürdülər.

Xatırladım ki, könüllü olaraq cəbhəyə gedən Gültəkin Əsgərova şəhidlik zivəsinə yüksəldi və o, Milli Qəhrəman adına layiq görüldü”.

Qarabağ müharibəsi iştirakçısı Azərbaycanı atəşkəsə dəvət edənlərə cavab verib: “Biz öz ərazimizi işğaldan azad edirik. Bu tarixi fürsətdir. Atəşkəs olmamalıdır.

Ermənistanın növbəti təxribatına da münasibət bildirmək istəyirəm. Türkiyənin guya onların təyyarəsini vurduğunu deyən Ermənistan münaqişəyə digər ölkələri qoşmaq istəyir. Heç kimə sirrə deyil ki, biz 30 ildir Türkiyə ilə birlikdə təlimlər keçirik, milli orduda xidmət edən zabitlərin əksəriyyəti Türkiyədə təhsil alıb. Öyrəndiklərimiz biz yetər”.

Aidə Şirinova Müdafiə Nazirliyinin Bərdə Özünü müdafiə batalyonunda əsgərlərin sosial müdafiəsi üzrə komandir müavini olub. O, Azərbaycanın hərb tarixində bu vəzifəyə yüksələn ilk hərbiçi qadın olub.

Ramid İbrahimov

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› “Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
Son xəbərlər
Bütün xəbərlər »