Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çeçenistan nazirindən Azərbaycana dəstək gəldi - “Ədalət qalib gələcək!..”

Çeçenistan Respublikasının Səhiyyə naziri Elxan Süleymanov işğal altındakı torpaqlarımızın azadlığı uğrunda aparılan savaşla bağlı Azərbaycana dəstəyini nümayiş etdirib.

Çeçenistan hökumətinin üzvü öz “İnstaqram” səhifəsində ölkəmizin haqq işini dəstəkləyən post yazıb.

“Ədalət qalib gələcək! Çiçəklən, Azərbaycan!” cümlələrini yazan nazirin postunu bəziləri istisna olmaqla əksər Çeçenistan və Rusiya sakinləri bəyənib.

Bir sıra çeçenlər öz şərhlərində 1990-cı illərdə Çeçenistanda Rusiya ilə ağır müharibə illərində Azərbaycanın, Bakının çeçen qaçqınlara necə qayğı ilə qucaq açmasından bəhs edib.

“Doğulduğum və böyüdüyüm, uşaqlığımı və gəncliyimi keçdiyim Azərbaycan! Sayəsində mənim mən olduğum ölkə (axı insanın mahiyyətini məhz tərbiyə və təhsil müəyyənləşdirir) çətin anları yaşayır. Münaqişənin əvvəlindən ailəmlə birlikdə ölkə sakinlərinin torpaq itkisinə, doğma ocaqlarını bir anda itirən yüz minlərlə qaçqının əzab-əziyyətlərinə acıdıq. Bu, ümumi ağrımızdır və indi də belədir. Və bu gün məmləkətimə və ölkəmə dəstək sözlərimi ifadə etmək istəyirəm! Ədalət qalib gələcək! Çiçəklən, Azərbaycan !!! " – Çeçenistan naziri belə yazıb.

Xatırladaq ki, Elxan Süleymanov azərbaycanlıdır.

Qısa arayış:

Elxan Abdulla oğlu Süleymanov 1974-cü ildə Bakıda anadan olub. Əslən Qusar rayonunun Həzrə kəndindəndir.

ATU-nu fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini bitirdikdən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib. Sonra işini Moskvada davam etdirib. Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun dəvəti ilə Çeçenistana gəlib və Qroznı Onkoloji Dispanserinin rəhbəri işləməyə başlayıb.

28 aprel 2016-cı il tarixində Çeçenistan Respublikasının səhiyyə naziri təyin edilib. (Moderator)

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »