Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbiyə çağrılan hər kəsin maaşı ödəniləcək

Artıq 5 gündür ölkəmiz Qarabağın azadlığı uğrunda ölüm-dirim savaşındadır. Demək olar ki , hər evdən bu müharibədə iştirak edəcək bir nəfər var. Qismən səfərbərlik edilsə də könüllü şəkildə döyüşməyə gedənlərin sayı hesabı yoxdur. Hələlik, ilk növbədə döyüş təcrübəsi olanlara, hərbi xidmətdən yeni dönənlərə və keçmiş hərbiçilərə üstünlük verilib. Maraqlıdır, işini atıb döyüşə qatılanların iş yeri itirilirmi? Və ya ehtiyatda olan zabitlərə əmək haqqı veriləcəkmi? Qanunla hərbi mükəlləfiyyətə cəlb edilmiş hər vətəndaşın əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin qazandığı əməkhaqqından hesablanır.

Bizimyol.info-nun sualını cavablandıran millət vəkili İlham Məmmədov bildirib ki, dövlət başçısı müharibə dönəmində də əhalinin sosial rifahını qorumaq üçün müəyyən göstəriş və tapşırıqlar verib.

İlham Məmmədov İlham Məmmədov

"Hərbiyə çağırılan vətəndaşlarımızın əməkhaqqı qanunun tələbinə uyğun şəkildə ödənilməlidir. Döyüşə gedən soydaşlarımızın gözü arxada qalmamalıdır. Orduya çağrılan kişilərin , gənclərin hamısı ailə saxlayır. Bunu bilirik. Ona görə qanunvericilikdə nəzərdə tutulub ki, vətəndaşın işlədəiyi yerdə son iki ayın əməkhaqqı hesablanaraq ona orta aylıq əmək haqqı çıxardılmalı və aylıq olaraq ödənməlidir. Bu Əmək Məcəlləsində belə nəzərdə tutulub. Bundan başqa, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna " əsasən toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində və orta aylıq əməkhaqqı saxlanılmaqla iş prosesindən azad edilirlər, onların əmək müqaviləsinə xitam verilə bilməz.Heç bir yerdə işləməyənlərə və günəmuzd işləyənlərə də dövlətin sosial qayğısı olacaq və biz bunu bir daha müzakirə edəcəyik. Bu dövlətin nəzarətindədir.Özəl şirkətlərə də eyni qaydalar şamil edilir. Özəl şirkətlərin hərbi xidmətə çağrılmış işçini işdən azad etmək hüququ yoxdur, onun maaşı da yuxarıda dediyimiz qaydada ailəsinə ödənilməlidir",-deyə millət vəkili bildirib.

İlhamə

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »