Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Düşmənin vurulan S-300 zenit raket qurğusunun 115 milyon dollar qiyməti var

Dünyanın ən güclü orduları reytinqində 138 ölkə arasında Azərbaycan 64-cü, Ermənistan 111-ci yerdə dayanır.

Bu açıqlamanı "Global Firepow" yayımlayıb. Hərbi Hava Qüvvələrinin gücünə görə ölkəmiz bu siyahıda 63-cü, düşmən 86-ci, tank döyüşlərinə görə Azərbaycan 32-ci, Ermənistan 78-ci, dəniq hərbi qüvvələrinə görə Azərbaycan 67-ci yerdədir.

Bizimyol.info-nun məlumatına görə "Global Firepow" siyahısında türkiyə 138 ölkə arasında 11-ci sırada dayanır.

Ermənistanın məlum olduğu kimi dəniz qüvvətləri yoxdur.

Azərbaycanda səfərbərlik elan edilsə 3 milyon 781 min 760 sağlam insan eyni anda döyüşə girə bilər, Ermənistanda bu 1 milyon 396 min 726 nəfərdir.

Ordumuzdakı texnikanı müqayisə edəsi olsaq, təyyarələrimiz sayca 2,3 dəfə, qırıcılarımız 17 dəfə, helikopterlərimiz 1,7 dəfə, tanklarımız 5,2 dəfə, toplarımız 4,92 dəfə , müdafiə büdcəmiz 2 dəfə, beynəlxalq valyuta ehtiyatlarımız 45 dəfə düşmən ölkəni üstələyir.

Qeyd edək ki, dünən düşmən ordunun arsenalında ordumuz tərəfindən məhv edilmiş S-300 zenit raket qurğusunun qiyməti 115 milyon dollar, vurulan SU 25 döyüş təyyarələrinin qiyməti 11 milyon dollardır. Bu silahlar, həmçinin dünyanın başqa ordusunda olmayan İskəndər raket kompleksini də Ermənistana rus ordusu hədiyyə edib.

İlhamə

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »