Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
BMT Baş katibinin Ermənistana can yandırmasının əsl səbəbi bəlli oldu...

“Onun erməni milyonçu qohumlarından biri Qarabağ münaqişəsini başlatmaq üçün Amerikada Qorbaçova brilyant verib..."

“BMT Baş Katibi Quttereşin ermənilərə bu qədər can yandırmasının, Paşinyanla belə “cici-bacı” selfi şəkdirməsinin səbəbini araşdırdım. Və çox maraqlı məsələlər üzə çıxdı...”

Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış politoloq Cümşüd Nuriyev söyləyib.

Cümşüd Nuriyev politoloq aciqlama_ Cümşüd Nuriyev

"Saytınızda BMT TŞ-nin dünənki qapalı iclasında Qarabağda müharibə məsələsinin müzakirəsi zamanı 27 il öncə işğalçı Ermənistan qoşunlarının Azərbaycan Respublikası ərazilərindən dərhal çıxarılması haqda məlum 4 qətnamənin xatırlanmaması barədə tənqidi yazını oxuduqdan və BMT Baş Katibi Quttereşlə Paşinyanın başlığa çıxarılmış selfi-fotosunu gördükdən sonra bir araşdırma apardım. BMT Baş Katibi Quttereşin ermənilərə bu qədər can yandırmasının, Paşinyanla belə “cici-bacı” selfi şəkdirməsinin səbəbini araşdırdım.Və çox maraqlı məsələlər üzə çıxdı. Məlum oldu ki, əslən Portuqaliyadan olan Quttereşin İspaniyadakı məşhur Gulbekyanlar erməni milyonçu mafiyası ilə qohumluğu var. Belə ki, BMT Baş Katibinin arvadı həmin Gülbekyanlardandır. Özü də qaraçı ermənilərdəndir. Onu da yada salım ki, Gülbekyanların məşhur bir nümayəndəsi Qarabağ münaqişəsini başlatmaq üçün Amerikada Qorbaçova brilyant vermişdi... Yəni bəlkə də BMT TŞ-nin Qarabağla bağlı qətnamələrini “unutması”nın əsas səbəblərindən biri də budur. Odur ki, Azərbaycan dövləti möhkəm siyasi iradə nümayiş etdirməli və artıq belə ermənipərəst qurumların bəyanatlarını, çağırışlarını qulaqardına vuraraq Milli Ordumuzun Qarabağa azadlıq yürüşünü davam etdirməli, torpaqlarımızın hər qarışından erməni hərbçilərinin ayağı kəsilməmiş dayanmamalıdır”- deyə istiqlalçı deputat çağırış edib.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »