Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Deputat: Biz Böyük Vətən müharibəsinə başlamışıq, qələbəmizə də az qalıb

"Bu gün Azərbaycan ordusu təşnəsi olduğumuzun qələbəni bizə daddırır, amma bu başlanğıcdır. Bizim daha böyük zəfərlərimiz irəlidədir və biz bunun tezliklə şahidi olacayıq.Yaxın günlərdə işğal edilmiş bütün rayonlarımızda bayrağımız dalğalanacaq. Biz Böyük Vətən müharibəsinə başlamışıq. Bu bizim milli həmrəyliyimizin nümyaişidir. Biz pandermiyanı, fikir ayrılıqlarını müxalifət- iqtidar ziddiyyətlərini kənara qoyub bir yumruiq kimi düşmənin başına çırpılmalıyıq və bunu edirik".

Bu fikirləri Bizimyol.info-ya gündəmi şərh edən deputat İlham Məmmədov səsləndirib.

"Azərbaycan hazırda haqq işi aparır, başqa sözlə desək, öz ərazisində təmizlik işləri görür. Bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar 30 ildir ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və təcavüzkarlıq siyasətinə göz yumur və etinasızlıq göstərirlər. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə dönə-dönə onları məlumatlandırsa da, nəticəsiz qaldı. Həmin beynəlxalq təşkilatlar hər şeyə göz yumdular. BMT-nin münaqişənin həlli ilə bağlı 4 qətnaməsi hələ də kağız üzərində qalıb. Uzun illər ərzində Azərbaycana qarşı ikili standartlar nümayiş etdirilib.

Amma bu gün Qarabağda gedən döyüşlər bütün dünyanın diqqətindədir və artıq hər kəs Azərbaycanın qüdrətini görməkdir. Bu günə qədər Qarabağ münaqişəsinə laqeyd qalan, kor olan dünya dövlətləri narahat olmağa aşlayıblar. bu günə qədər ermənipərəst lobbinin təsiri altında düşmən mövqeyi sərgiləyənlər də var, həqiqi dost üzünü göstərənlər də. Dünən cənab Prezident İlham Əliyev cəbhə bölgəsində yaralanmış əsgərlərimizlə hospitalda görüş zamanı da Azərbaycan üçün dönüş nöqtəsi olan bu günlərdə bizə dost və düşmən olanların kim olduğunun göründüyünü dedi.

O dedi: "Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan, Ukrayna birmənalı şəkildə Azərbaycanı dəstəklədilər".

Dövlət başçısı sətiraltı bəyan etdi ki, bu gün bizi danışıqlar masasına dəvət edib , vasitəçi rolunu oynamaq istəyən, üzdə dost görünüb əslində dostluq göstərməyən dövlətlərin də mövqeyini biz başa düşürük.

Azərbaycan öz doğma torpağında vuruşur.Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. Bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulub. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaradıb

BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır və biz haqq işimizlə buna nail olacağıq.

Sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbəti hərbi təxribat törətdi. Dövlət başçısı bu bardə bütün dünyanı öncədən xəbərdar etmişdi. Onlara BMT kürsüsündən sözlərini demişdi. Bütün beynəlxalq ictimaiyyətə dedi ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir etmədi . Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək.

Cənab Prezidentimiz bəyan etmişdi ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq ,döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir.Düşmən hələ peşman olacaq.

Mən bir millət vəkili olaraq bəyan edirəm ki, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır. Çünki dünyanın heç bir dövləti qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Bu, bizim tarixi torpağımızdır.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və biz qardaş ölkəyə bunun üçün minnətdarıq.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa inandığını, güvəndiyini bir daha nümayiş etdirdi və düşmənin cavabını vermək üçün qəti qərar verdi. Xalq da Prezidentinin yanında olduğunu əyani şəkildə göstərdi. Məhz bu etimadın və inamın nəticəsidir ki, ölkəmizin bütün regionlarımızdan olan insanlar – ahıl, uşaq, gənc sevinc içindədir və ordumuza, dövlətimizin başçısına dəstək nümayiş etdirir: “Bu gün hamı “Hər şey Vətən üçün, Qələbə üçün” deyir və deməklə qalmır, ordu sıralarına yazılırlar. Bütün el-oba Qarabağ üçün birləşib və insanlarımızda, ordumuzda əhval-ruhiyyə çox yüksəkdir. Hamı dövlətçiliyimizin və müstəqilliyimizin qorunması naminə səfərbərdir. Kim dövlətçiliyi qoruyursa, demək ki, özünü qoruyur, öz ailəsini, övladını qoruyur.

“Haqq işimizi dəstəkləyirəm və deyirəm ki, eşq olsun, Azərbaycan xalqına, şanlı ordumuza və müstəqil dövlətimizə. Qarabağ bizimdir və bizim də olacaq

Bu gün Azərbaycan prezidenti, Ali Baş Komandanımız dünyaya hüquq dərsi keçdi, dünyaya Azərbaycan həqiqətlərini ən incə detallarına qədər açıqladı və cəsarətlə bəyan etdi ki, biz haqq işimizdən geri çəkilməyəcəyik. Bunun qarşılığında Ermənistan nə edir? O beynəlxalq hüququ normalarına tüpürür. dünya birliyini heçə sayır. Ona görə də düşmən əzilməli, yox edilməli, torpaqlarımız işğaldan azad olunmalıdır. Bu gün biz bu müqəddəs yolda xalq, ordu və İlham Əliyev birliyini görürürük, hər kəsin ürəyi bir döyünür və o böyük zəfərin astanasındayıq. Ordu cəbhədə döyüşür, xalq orduya dəstək verir, dövlət başçsı isə siyasi arenada yorulmadan haqq səsimizi çatdırır, müdafiə edir, danışıqlar aparır. Allah xalqımızı, ordumuzu, prezidentimizi qorusun.Qarabağ bizimdir, qələbə bizimlədir.

İlhamə Rəsulova

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »