Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinlə Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Virtualaz.org bildirir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Dövlət başçıları "Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin şəkildə pisləşməsini, həmçinin davam edən döyüş əməliyyatlarından narahatlıqlarını bildiriblər.

Putin və Makron münaqişə tərəflərini atəşkəsin tezliklə və tamamilə dayandırılmasına və gərginliyin aradan qaldırılmasına çağırıblar. "Dağlıq Qarabağ böhranının siyasi-diplomatik üsullarla tənzimlənməsinin alternativsiz olduğu vurğulanıb. Bu kontekstdə gələcək qarşılıqlı fəaliyyətin konkret parametrləri, ilk növbədə, ATƏT - in Minsk Qrupu formatında nəzərdən keçirilir", - deyə Kremlin məlumatında bildirilib.

Bundan başqa, Rusiya və Fransa liderləri Belarusdakı vəziyyəti yenidən müzakirə ediblər. Müzakirə zamanı Putin "suveren dövlətin daxili işlərinə qarışmaq və legitim hakimiyyətə xarici təzyiq göstərmək cəhdlərinin yolverilməz olduğunu" bəyan edib.

Son xəbərlər
Bütün xəbərlər »