Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda yaşayan soydaşlarımız binokllarla döyüşləri izləyir: “Vur, başına dönüm” - Video

Qarabağ döyüşləri İranda yaşayan azərbaycanlıların da diqqət mərkəzindədir. Güneyli qardaşlarımız Azərbaycan ordusunun qələbəsini arzulayır. Onlar İranın Ermənistana yardımına etiraz edir, eyni zamanda, Arazın bu tayından xoş xəbərlər gözləyirlər.

Bizimyol.info xəbər verir ki, İranda yaşayan azərbaycanlılar sərhədə yaxın ərazilərdən döyüşləri binokllarla izləyirlər. Bu, sosial şəbəkələrdə yayılan bir videoda aşkar görünür. Təxminən 4-5 nəfər azərbaycanlı böyük həyəcanla döyüşləri izləyir. Onlardan bir neçəsi binoklla baxır. Hər artilleriya zərbəsini videoya çəkməyə çalışırlar. Danışan şəxs ilk güclü zərbədən vəcdə gəlir: “Bərəkallah! Səsə bax! Vur, başına dönüm.

Ermənilərin canına vəlvələ düşdü”.

Tamaşa edənlərin arasında yaşlı adam gözə dəyir. Video çəkən şəxs onunla zarafatlaşır: “Dayıma bax, işini buraxıb bura gəlib”.

Videonun sonunda bir ifadə eşidilir: “Erməninin ön xəttini vursalar, biz rahat olarıq”.

Son xəbərlər
Bütün xəbərlər »