Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Ermənistana Xocalını xatırlatdı

Türkiyə işğal altındakı torpaqlarını geri qaytarmaq üçün döyüşən Azərbaycana hər cür dəstəyini ifadə edir.

Qardaş ölkənin yanımızda olması Ermənistanın xoşuna gəlmir. Ermənilər Türkiyənin ünvanına müxtəlif ittihamlar səsləndirir.

Bizimyol.info xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyi Ermənistanın cavabını verib. Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrində əsas mövzu Qarabağdır. Paylaşımlardan birində Türkiyə Ermənistana Xocalını xatırladıb: “Uşaq, qadın, yaşlı demədən Xocalıda soyqırıma yol verən, Azərbaycan torpaqlarını işğal edən Ermənistan bu gün də bütün dünyanın gözü önündə günahsız mülki şəxsləri hədəf almaqdadır.

Ermənistan 30 il əvvəl necə idisə, bu gün də sülh və hüzurun düşməni olaraq hərəkət etməkdədir”.

Paylaşımlara yazılan rəylərdə Ermənistan ciddi ittiham olunub. Türkiyəli qardaşlarımız mülki şəxslərin öldürülməsini pisləyib. Rəy yazanların böyük əksəriyyəti Azərbaycanın yanında olduğunu bildirib.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Aram Qabrelyanov Koçaryanın qalib gəldiyini açıqladı
››› Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İyunun 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »