Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həqiqətlə münaqişədə olanlar

Ermənistanla Azərbaycan arasında artıq dördüncü gündür ki, hərbi qarşıdurma daha da aktivləşib. Buna da səbəb Ermənistanın işğal etdiyi ərazilərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə yeni hücum cəhdi olub. Bundan sonra Azərbaycan ordusu əks-hücuma keçib, işğal altında olan bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri azad edib. Hazırda cəbhənin demək olar ki, bütün istiqamətlərində şiddətli döyüşlər gedir. Bu anadək düşmənin xeyli canlı qüvvəsi, hərbi texnikası, silah-sursat anbarı, başqa hərbi-texniki infrastruktur obyektləri sıradan çıxarılıb.

Döyüşlərin dördüncü günündə “Rossiya-1” telekanalı “60 dəqiqə” verilişində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın müsahibələrini təqdim edib.

Şərhimizi daha çox tezislər şəklində aparacağıq. Hər iki ölkə rəhbərinin suallara cavablarına diqqət etsək, bir çox şeylər aydın olar. Əvvəlcə, onu deyək ki, ilk sual bu aktiv hərbi əməliyyatların yenidən bərpası ilə bağlı idi. Prezident Əliyev buna qədər olan tarixçəni çox aydın və ardıcıl qeyd edib. Ermənistan rəhbərliyinin, konkret olaraq, baş nazir Nikol Paşinyanın və onun hökumətinin danışıqları dayandırmaq (pozmaq), Azərbaycanı hərbi qarşıdurmaya çəkmək üçün etdikləri təxribat xarakterli çıxışları və addımları sadalanıb. Nikol Paşinyanın və onun nazirlərinin bəyanatları və başqa provokativ addımlar atılmaqla yanaşı Qarabağ bölgəsində - qoşunların təmas xəttində və hətta Azərbaycanla sərhəddinin Tovuz rayonundan keçən hissəsində Ermənistan tərəfinin hücum cəhdi baş verib. Bütün bunlar hərbi fazanın yenidən aktivləşdirilməsinə səbəb olub. Bütün bunlarla bağlı Azərbaycan Prezidenti konkret və təkzibolunmaz faktlar göstərib. Əslində bu faktları xüsusi olaraq göstərməyə elə də ehtiyac da yox idi; dünyanın gözləri qarşıdında baş vermişdi. Kim gözlərini yummamışdısa, hamısını görmüşdü. Bununla belə İlham Əliyev öz fikirlərini və mövqeyini tam izah etmək üçün bu faktları və dəlilləri bir daha göz önünə sərməli oldu.

İndiki aktiv hərbi fazanın başlama səbəbləri haqqında Ermənistan baş nazirinin versiyasına baxaq. Əvvəla, nə müsahibəsinin əvvəlində, nə də sonunda İlham Əliyevin göstərdiyi faktları və arqumentləri şərh etməyib. Çünki bunları ya qəbul etməli idi, ya inkar etməli idi. Qəbul etməməyi aydındır; obyektiv reallıq hissini çoxdan ititrib. İnkar etməyə isə cəsarəti çatmadı. Deyir ki, Azərbaycan “Ermənistana və Dağlıq Qarabağa hərbi təcavüz edib”. Hətta müsahibəyə başlayarkən belə bir cümlə də işlədib: “Xəbər aldıq ki, Azərbaycan silahlı qüvvəəri Ermənistan kəndlərini bombalayıb”. Sadəcə, verbal bir konstatasiya. Bir yığın söz, vəssalam. Nə bir fakt, nə bir sübut, nə bir görüntü. Paşinyanın ideoloji atası, faşizmin öncüllərindən Göbbels: deyirdi: “Yalanı elə demək lazımdır ki, inanmaqdan başqa çarə qalmasın”. Ancaq Ermənistan baş naziri ilə durm fərqlidir; özünün yalan danışmaqdan başqa çarəsi qalmayıb. Çünki həqiqət onun əleyhinədir. Ermənistan bütövlükdə, onun həm keçmiş, həm indiki rəhbərləri hər zaman obyektiv həqiqətlə münaqişədə olublar.

Azərbaycanın “Ermənistana və Dağlıq Qarabağa hərbi təcavüzü” haqqında Paşinyanın ən böyük yalanlarından birinin üzərinə qayıdaq. Hətta xarici ölkə siyasətçiləri və ekspertləri hazırkı hərbi əməliyyatları şərh edəndə bu obyektiv gerçəkliyi konstatasiya etməkdən başlayırlar: Azərbaycan hərbi əməliyyatları öz ərazisində aparır. Ermənistandan başqa heç bir ölkənin rəsmi şəxsi və ya eksperti, ciddi, obyektiv mediası Azərbaycanın Ermənistan ərazisinə atəş açdığını demir. Çünki bunun sübutu yoxdur. Normal adamlar fakta. Sübuta inanır, uydurmalara deyil. Azərbaycanın Dağlıq Qarabağa təcavüzü haqda Paşinyanın dediklərinə gəlincə, belə çıxır ki, Azərbaycan öz ərazisinə təcavüz edir?! Bu xəstə məntiq hardandır?! Hə, Paşinyan Dağlıq Qarabağı müstəqil dövlət hesab edirsə, bu, onun şəxsi fikri ola bilər, Ermənistanın baş naziri kimi o, Dağlıq Qarabağı müstəqil dövlət hesab edə bilməz, çünki onun rəhbərlik etdiyi dövlət özü Xankəndindəki oyuncaq rejimi müstəqil dövlət kimi rəsmən tanımır. İndi hərbi əməliyyatlar başlayandan sonra: “Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilərik” deyirsə, bu, realaşarsa belə, situativ olaraq heç nəyi dəyişmir, mahiyyətə təsir etməyəcək. “Dağlıq Qarabağa təcavüz” tezisi dünya birliyinə hesablanıbsa, o da keçməz; BMT Azərbaycanı bütün ərazisi ilə üzv qəbul edib və Ermənistandan başqa bütün dövlətlər də Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bura dünyanın ABŞ, Çin, Rusiya kimi nəhəng dövlətlərindən başlamış xırda ada dövlətlərə və şəhər dövlətlərə qədər hər kəs daxildir. BMT-nin işğaldan azad olunması tələbi ilə qətnamələr qəbul etdiyi həmin ərazilərdə döyüş gedirsə, Azərbaycan faktik olaraq. BMT qətnamələrini icra etməklə məşğuldirsa, hansı təcavüzdən söhbət gedir?! Başqa fikirləri və cavabları da şərh etmək olar. Ancaq göstərdiyimiz nümunələrdən də aydın olur ki, Paşinyanla Əliyevin qiyabi polemikasında Azərbaycan tərəfinin əsaslandırması tutarlı və bütün mümkün tənqidlərə davamlı – milli qanunvericiliyə və beynəlxalq hüquqa söykəndiyi halda Ermənistan tərəfinin bəyanatlarının arxasında heç bir maddi fakt və ya hüquqi sənəd dayanmır.

Bizimyol.info

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› Fevralın 25-nə olan hava proqnozu
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »