Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: İndiyədək 210 şagird koronavirusa yoluxub

"Məktəblərin daxilində koronavirusa kütləvi yoluxma halı qeydə alınmayıb".

Bizimyol.info xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, şagirdlər arasında yalnız ailə daxili yoluxmalar mövcuddur: "Son 15 gün ərzində bir sinifdə şagirdlər arasında yoluxma yoxdur. Təssüf ki, müəllimlər arasında yoluxanlar var.

Qubada səkkiz müəllim yoluxub. Sumqayıtdan Qubaya qayıdan müəllim digərlərini yoluxdurub".

Təhsil naziri deyib ki, 21-28 sentyabr tarixlərində temperaturu 37 dərəcədən yüksək olan 387 şagird, 23 texniki işçi heyət müəyyən olunub: "Tədris zamanı hərarəti yüksık olduğu üçün 78 şagird, 2 nəfər həyət üzvü təcrid edilib. Bu tarixlərdə 210 şagird koronavirusa yoluxub. Şagirdlərdən 23 faizi, yəni 4 nəfərdən biri məktəbə gəlib, 4 nəfər isə ailədə yoluxub və məktəb daxilində olmayıb".

Nazir qeyd edib ki, bu dövrdə 19 sinif və 1 məktəb distant təhsilə keçirilib: "Növbəti həftədən onlarda iki həftəlik karantin müddəti bitdiyi üçün ənənəvi tədrisə qayıdılacaq".

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »