Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ərazisindən Ermənistana silah daşınması iddiasına hərbi ekspertdən açıqlama

“Çox istərdim ki, İran ərazisindən keçməklə, Ermənistana silah, hərbi texnika və hərbi təyinatlı maşınlar daşınması ilə bağlı məlumat yalan olsun və bunun yalan olduğu təsdiq olunsun”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev bildirib.

Hərbi ekspert qeyd edib ki, sosial şəbəkələrdə İran ərazisindən Ermənistana silah və hərbi texnika daşındığını əks etdirdiyi iddia edilən videolar yayılır: “Mən bu videoları izləmişəm. Amma bu barədə açıqlama vermək istəməzdim. Ümid edirəm ki bu videolar həqiqəti əks etdirmir İranla qonşuluq münasibətləri var, orada milyonlarla azərbaycanlı var”.

Qeyd edək ki, İran rəsmiləri bu ölkənin ərazisindən Ermənistana silah və hərbi texnika daşınmasını təkzib edib. Sosial şəbəkədə isə İran ərazisindən Ermənistana silah və hərbi texnika daşındığını əks etdirən yeni videolar yayılır.

Ramid İbrahimov

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »