Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə tutulub.
Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə tutub.
Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.