Bizimyol.info-nun sualını politoloq İlyas Hüseynov cavablandırır:
“Rusiyanın Gümrüdəki hərbi bazası Ermənistan İran sərhədini qoruyur. Paşinyan Putinlə telefon söhbətində bu mövzuya toxunmadığını desə də inandırıcı görünmür. Hazırda aparılan döyüş əməliyyatları Azərbaycanın sərhədləri daxilindədir. Azərbaycan öz torpaqlarını işğladan azad etmə əməliyyatları keçirir. Buna görə, Rusiya hərbi bazasının əməliyyatlarda iştirakı məntiqə uyğun deyil. Putin də iki ölkənin daxili işlərinə qarışmayacağını bildirib. Rəsmi Kreml o zaman ordusunu ayağa qaldıra bilər ki, Ermənistanın ərazisinə təcavüz edilsin.Ona görə hələlik 102-ci bazanın aktiv döyüşlərə qatılması məələsi gündəmdə deyil, bu da Paşinyanın sərsəm bəyanatlarından biridir”.