Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Uşaq pulu və əsgərlərin ailəsinə sosial müavinət verilsin"

“Azərbaycanda qismən səfərbərlik elan edilib və hərbi qulluqçular orduya çağırılır. Hərbi xidmətə çağrılan şəxslərin ailəsinə sosial müavinət verilməlidir”.

Bu barədə Bizimyol.info-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Sosioloq bildirib ki, cəbhədə döyüşən şəxsin ailəsi ilə bağlı sıxıntısı qalanda, onların sosial-iqtisadi durumu ilə bağlı problem olanda bu, həmin insanın döyüş ruhuna da təsir edəcək: “Fikri arxa cəbhədə qalan şəxsin fikri dağınıq olacaq. Bu isə onun döyüş qabiliyyətinə təsir göstərəcək. Bu barədə ya qanunlara dəyişiklik edilməli, ya da fond yaradılmalıdır. Hansısa yolla arxa cəbhədə olan ailənin problemləri həll olunmalıdır. Sosial müavinətin verilməsi həm də mənəvi baxımdan yaxşı haldır. Əsgər onun ailəsinin qayğısına qalındığını düşünərək ruh yüksəkliyi ilə döyüşür.

Bu günlərdə mənim bacımın kürəkəni orduya çağrılıb. Evdə ailəsi-uşaqları qalıb. İndi biz həmin ailəyə kömək etməyin yolları barəsində düşünürük”.

Sosioloq ölkənin müharibə vəziyyətində olduğunu xatırladaraq uşaq pulu məsələsini də yenidən qaldırdı: “Aztəminatlı ailələrin uşaq pulunun çox böyük ehityacı var. Ailələrin sosial müdafiəsini gücləndirmək üçün bu müavinət verilməlidir”.

Ramid

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »