Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfərbərlik müddətində bu şəxslər ölkəni tərk edə bilməz - Ekspert

“Ermənistan “İskəndər” raket komplekslərindən və hücum təyyarələrindən istifadə edəcəyi ilə bağlı dəfələrlə Azərbaycanı təhdid edir. Əgər Ermənistan “İskəndər”dən istifadə edəcəksə, Azərbaycan ordusu onlara adekvat cavab verəcək. Milli ordu Ermənistanın nəinki Qarabağdakı atəş məntəqələrini, hətta İrəvanı vura biləcək silahlara malikdir”.

Bunu Bizimyol.info-ya açıqlamasında hərbi ekspert Rəşad Süleymanov bildirib.

Hərbi ekspert qeyd edib ki, Ermənistan tərəfi dəfələrlə strateji obyektləri və neft platformalarını vuracağını bildirib: “Azərbaycan bütün gücündən istifadə edərsə, Ermənistan üçün böyük fəlakətlərə səbəb ola bilər.

Vurğulamaq istəyirəm ki Azərbaycan hücum əməliyyatlarını uğurla davam etdirir. Bu qayda ilə ordumuz davam edərsə qısa müddətdə ərazilərimiz işğaldan azad olunacaq. Ermənistanın müharibənin nətivələrini dəyişəcək imkanlara malik deyil”.

Ekspert bildirib ki, hərbi vəzifəlilər      qismən səfərbərlik müddətində ölkəni tərk edə bilməzlər: “Qismən səfərbərlik müddətində 35 yaşa qədər olan əsgər, çavuş, gizir və 55 yaşa yaşa qədər olan zabitlər ölkəni tərk edə bilməzlər. Onlar səfərbərliyə cəlb olunurlar. Düşünmürəm ki kimsə ölkədən getməyə və müharibədən yayınmağa çalışsın. Bu gün könüllü şəkildə vətəndaşlar hərbi komissarlığa müraciət edirlər. Mən hərbi komissisarlığın birində oldum. İgidlər döyüşə gülərək gedirdilər”.

Ramid

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »