Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan müxtəlif təxribatlarla danışıqlara əngəl törədib”

“Ermənistanın əsas hədəf kimi yaşayış məntəqələrimizi seçməsi Ermənistan faşizminin eybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və bu hal birinci dəfə deyil. Son iki gündə erməni təxribatı nəticəsində 10 mülki şəxs həyatını itirib, 30-dan çox şəxs yaralanıb. Azərbaycan məsuliyyətli ölkədir, Azərbaycan mülki əhaliyə atəş açmır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözügedən mövqeyi vəziyyətdən asılı olmayaraq hər zaman qorunulur. 27 sentyabr tarixində baş vermis hadisələr bunun sübutudur”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.

Deputat qeyd edib ki, danışıqlar prosesinin pozulması ermənilərin əsas hədəfləri olub və məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır: “Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək təmas xəttində yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Bu yeni siyasət danışıqlar prosesinin pozulması, status-kvonun təsdiqi, yeni təxribatların yaradılması və Ermənistanda yaradılmış sosial fəlakətin gizlədilməsinə xidmət edir.

Açıq danışıqlardan qaçan Ermənistan hökuməti münaqişə boyunca müxtəlif təxribatlarla danışıqlara əngəl törədib. Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları sistemli xarakter daşıyır. İyul, avqust və sentyabr aylarında baş vermis Yerevanın hərbi təxribatları regiona təhlükə yaradır və Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhkir edir. Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən qeyri-ciddi, sərsəm bəyanatlarda da öz əksini tapır. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bu təxribat xarakterli bəyanatlar faktiki olaraq danışıqlar prosesinə vurulan böyk zərbə idi və bu danılmaz fakt yalnız bizi deyil, beynəlxalq ictimaiyyəti də düşündürməlidir. Danışıqlar prosesini şübhə altına qoyan rəsmi Yerevan etibarsız və məsuliyyətsiz ölkədir. Təəssüf ki, ikili standartlar davam edir və 30 ildir ki, beynəlxalq qətnamələr kağız üzərində qalır”.

T.Cəfərova bildirib ki, Prezident İlham Əliyev dəfələrlə, xüsusilə son iki ildə beynəlxalq ictimaiyyətə, son günlərdə isə BMT səviyyəsində, müraciət edərək, Ermənistanın təxribatları, onun yeni işğalçılıq planları, müharibəyə hazırlaşması haqqında məlumat verib və beynəlxalq ictimaiyyəti Erməni faşist dövlətini durdurmağa çağırıb. Amma təəssüf ki, beynəlxalq təşkilatlar və dünya dövlətləri susqunluq göstərdilər. Və Azərbaycan dövləti işgalçı, təcavüzkar Ermənistanı özü durdurmaq qərarını verdi. Azərbaycan işğal edilmiş torpaqlarını beynəlxalq hüquq çərçivəsində azad etmək, ərazi bütövlüyünü bərpa etmək məqsədilə antiterror əməliyyatına başladı. Hər birimiz Ali baş komandanımızın əmrində könüllü əsgər kimi dövlətimizin və ordumuzun yanındayıq!”

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »