Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan analarının ordumuzla bağlı suallarını hərbi ekspert cavablandırır

Azərbaycan Ordusu zəfər yürüşünə çıxıb. Şanl ordumuz artıq 3 gündür 30 ildir torpaqlarımıza çökmüş düşmən ordusunu geri sürükləyir, əzir keçir. Hazırda Ağdərə, Fizuli, Cəbrayıl istiqamətlərində düşmənin yeni dayaq-müdafiə məntəqələri, uzunmüddətli müdafiə istehkamları, kommunikasiya xətləri, sursat anbarları darmadağın edilib və ələ keçirilib.

Kəşfiyyat məlumatlarına görə, Ermənilər ordumuzun zirehli texnikasına qarşı əsasən "Metis 9K115-2", "Konkurs M", "Kornet 9P163M-1", "Kornet D" və "Kornet 9P163M-2" (indeks QRAU - 9K135) tank əleyhinə buraxılış qurğularından istifadə edirlər.

Bu gün qadınlarımız öz ərlərini, qardaşlarını,oğullarını orduya göz yaşlarıyla deyil, fəxrlə, qürurula yola salırlar.

Azərbaycanlı qadınların ordumuzun bu günü ilə bağlı Bizimyol.info-ya yönləndirdiyi suallarını hərbi ekspert Ramil Məmmədli cavablandırır.

Ramil Məmmədli Ramil Məmmədli

Bu gün səfərbərliyə çağrılan ehtiyatda olan zabitlər, sıravi insanlar müasir texnologiylarla təchiz edilmiş silahlardan istifadə edə biləcəkmi?Məlum məslədir ki, indi tüfəng davası deyil, döyüşdə silah olaraq raketlər, PUA-lardan istifadə olunur.

-Hərbi məktəbi 90-cı illərdə bitirən zabitlər təxminən 2015-ci ilə qədər hərbi xidmətdə olublar.Yəni onlar müasir texnologiyaların bəziləri ilə tam, bəziləriylə qismən tanışdılar.Yeni müasir texnologiyalar dedikdə siz yəqin pilotsuz uçuş aparatlarını (PUA), radiolakasiya cihazlarını nəzərdə tutursunuz.Bu cihazları yaxşı bilən peşəkar zabitlərimiz, gizirlərimiz, müddətdən kənar həqiqi hərbi ixdmət keçən hərbçilərimiz var. Onlar bu texnologiylarla davamlı olaraq fəaliyyət göstədiklərinə , xüsusiyyətlərini ən xırda incəliyinə qədər bilirlər.

Hazırda 2000-2010-cu illərdə təxris olunan 50 yaşa qədər zabitlərin orduya cəlb edilməsi nəzərdə tutulur. Onlar qısa müddətdə kursa cəlb olunurlar. Ən uzağı 2 həftə bəs edir ki, qoca döyüşçülər yeni texnologiyaları öyrənsin. Qalan hər şey döyüş meydanında öyrənilir, təcrübə edilir.

Ermənilər bizi İskəndər silahları ilə hədələyiblər. Azərbaycan ordusunun İskəndərə cavab verən raketləri varmı?

-Azərbaycan Silhalı Qüvvələrinin arsenalında İskəndər yer -yer tipli silah yoxdu,əvəzində “Polonez” yaylım atəşli reaktiv sistemimiz var. Azərbaycan Ordusunun arsenalında Hava Hücumundan Müdafiə Qüvvələrinin S300 Favorit zenit raket kompleksləri mövcuddur və ölkəmizin hava məkanını qoruyurlar.Ermənistanda olan İskəndərə gəlincə, Azərbaycan Ermənistan ərazisində döyüş aparmır, öz işğal edilmiş torpaqlarında əks hücum həyata keçirir. Ermənistan ərazisindən bizim ərazilərimizə İskəndərlə atəş açılsa, hava hücumundan müdafiə sistemi çox yüksək səviyyədədir və biz onu məhv etməyə qadirik.Analarımız, bacılarımız, əmin olsunlar, silahlanmamız yüksək səviyyədir, zabitlərimizin döyüş qabiliyyəti, hərb elmlərinə yiyələnməsi yüksək səviyyədədir.

Azərbaycan əraziyə relyefə uyğun silahlardan lazımi formada istifadə edir. Azərbaycanın əsas məqsədi mülki əhalini yox Ermənistanın hərbi təyinatlı obyektlərini vurur.

-Müharibə ucuz başa gəlmir. Bizim hərbi arsenalımız müharibəni uzun müddət davam etdirməyə ikan verəcək?

-Azərbaycanın müdafiə və təhülkəsizlik xərclərinə illərdir böyük pullar xərclənib. Bütün qoşun növlərimizdə kifayət qədər sursat, silah mövcuddur. Müdafiə Sənayesi Kompleksi də istehsalla məşğuldur.İstehsal olunmayanları da almışıq. Hər halda dövlətimiz ordunun maliyyə təminatı ilə bağlı bütün amilləri nəzərə alıb. Azərbaycan ordusu qalib gəldikcə, siz şahid olacaqsız və bu suallar artıq verilməyəcək. Azərbaycan ordusu tam qələbə əldə edənə qədər döyüşə hazırdır. Biz buna tam əminliklə deyirəm, hazırıq.Həm şəxsi heyət, həm də maddi texniki təminat baxımından qələbə üçün döyüşlər gedir.

-Azərbaycan ordusunun silahları müasir tələblərə cavab verirmi? Rusiya Ermənistan silahlandırır.Bizim silahlarımız onları dəf etməyə qadirdirmi?

-Bizim texnikamızın əksəriyyəti hücum xarakterlidir. Raket artilleriya qoşunlarının, quru qoşunlarının arsenalında vacib hesab edilən bütün silahlarla təzhiz edilmişik. Reaktiv yaylım atəş sistemləri, özüyeriyən artilleriya qurqularımız var. Zirehli texnika parkımız T72,T90, BTR 82A, BTR80 və s. kimi ən müasir texnikalarla təmin olunub. Müasir döyüşün aparılması üün PUA parkımız zəngindir, silah daşıyan , kəşfiyyat PUA-ları HAROP-la təmin olunmuşuq.Şəxsi Heyət döyüş geyimləri, zirehli qoruyucu jilet və dəbilqələrlə təmin olunub. Azərbaycan ordusu regionun ən döyüş qabiliyyəti yüksək olan ordularından biridir. Ermənistanda isə ordunun komplektasiyası, şəxsi heyətinin döyüş bacarığı ilə bağlı ciddi problemlər var.Ordumuz irəlilədikcə biz onun gücünün də şahidi olacağıq. Bizim silahlarımız ən yeni texnologiyalardır.Bunu hazırda gedən döyüşlərdə də hiss etmək olur.

Ermənistanın ən qorxulu silahı İskəndərdir. Lakin hərbi siyasi vəziyyət bu silahı istifadə etməyə imkan verməz.Üstəlik 2017-ci ildən ordumuzun arsenalında İskəndərə qarşı İsrailin "Rafael Advanced Defense Systems" şirkətinin "Dəmir Günbəz" kompleksi də mövcuddur. “Dəmir günbəz” kompleksinə aid olan “EL/M-2080 Green Pine” AESA radarı 500-800 km məsafədən 3000 metr/saniyə sürətlə hərəkət edən hədəfləri deteksiya etməyə imkan verir və “Arrow”, “Barak-8” raketi ilə təchiz edilib. Kompleks 4 kilometrdən 70 kilometrə qədər məsafədə qısa mənzilli raketləri və artilleriya mərmilərini aşkarlamaq və ələ keçirmək üçün təyin edilib. "Dəmir Günbəz" kompleksinin aşkarlama məsafəsi 250 km-ə qədərdir. İlk dəfə silahlanmaya qəbul edildiyi vaxt sınaq məqsədilə atılan 10 raketdən 8-ni məhv edib: “Onlar çox kiçik ölçülü və aşağı hündürlükdən uçan raketlər olub. Aşağı hündürlükdən uçan raketləri vurmaq olduqca çətindir. “İskəndər-M” raketləri aşağı hündürlükdən uçur və ziq-zaq hərəkətlərə malikdir. Bu baxımdan “Dəmir günbəz” kompleksi “İskəndər-M” raketlərini zərərsizləşdirmək iqtidarındadır.

İlhamə

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »