Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməniləri təbliğ edən Solovyov efirdə pərt oldu – Azərbcaycanlılar erməni adı ilə...

Rusiyalı jurnalist, radio və teleaparıcı Vladimir Solovyov sentyabrın 30-da özünün “Solovyov Live” (Соловьёв Live) “YouTube”-kanalında canlı yayım zamanı gülünc vəziyyətə düşüb.

Unikal.org xəbər verir ki, Dağlıq Qarabağda gedən döyüşlər haqqında süjet hazırlayaraq, Erməni “qəhrəmanlığ”ını, Erməni xalqının “şücaətini” təbliğ etməyə cəhd edib.

Belə ki, Solovyov camaatın “vətən” uğrunda döyüşə gedən erməni hərbçilərini hərbi komissarlığın qarşısında alqış sədaları altında, ruh yüksəkliyi ilə yola saldığını əks etdirən süjet təqdim edib. Lakin kadrlarda Azərbaycan bayrağı görünüb. Bununla da Solovyov kadrların Azərbaycanda çəkildiyini anlayıb və süjeti hazırlayan redaktorlarına qışqırmağa başlayıb. Daha sonra isə əməkdaşlarına Ermənistana aid olan analoji videoları tapmağı tapşırıb:

“Döyüşlər davam edir. Səksəkəli xəbərlər gəlir. Ermənistan hərbi komissarlığının qarşısında əsgərləri yola salan insanlar əl çalırlar.... Ermənistan bu müharibəni...

Bu, mən belə başa düşürəm Ermənistanın bayrağı deyil, bu, görünür, Azərbaycanın bayrağıdır. Alqışlayanlar azərbaycanlılardır. Məndə burada nə yazılıb? Yazılıb ki, Ermənistan hərbi komissarlığının qarşısında əsgərləri yola salırlar. Mən isə burada Azərbaycanın bayrağını görürəm. Dəli olmusunuz. Yazılıb ki, Bakı, Azərbaycan. Uşaqlar, ağlınız gedib? Bu, səhv deyil, bu, səhvdən də betərdir. Nə elədiyinizi başa düşürsünüz? Vəziyyətin gərgin olduğu belə bir vaxtda, hər bir doğru olmayan sözün həlledici olduğu bir vaxtda... Siz belə səhvə yol verirsiniz. Sizin ağlınız lap gedib? Hazırlaşmağa, nə verdiyinizi seçməyə vaxtınız az idi?

Mənim sadəcə sözüm yoxdur... Sizin haqqınızda hazırda nə düşündüyümü deməyə sözüm yoxdur. Nə baş verdiyini bu dərəcədə başa düşmürsünüz?

Buna heç bir şərh vermək olmur. Sakitcə “biz səhv etmişik” deməyiniz isə... İndi isə zəhmət çəkin Ermənistanda analoji video tapın. Səhvə yol vermisiniz....(kinayə ilə)....”

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »