Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Gürcüstanı da müharibəylə hədələdi

“Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsində kompakt yaşayan ermənilərdən ibarət 220 nəfərlik dəstə Gürcüstan-Türkiyə sərhədindəki nəzarət-buraxılış məntəqəsinə toplaşıblar.

Onlar bildirirlər ki, Cavaxetiya ermənilərindən ibarət 210 nəfərlik qrupun Qarabağda vuruşmaq üçün Ermənistana keçməsinə icazə verilməzsə, Türkiyədən Gürcüstana gələn yük maşınlarından heç biri Gürcüstana buraxılmayacaq.

Ermənistan KİV-ləri Gürcüstanı münaqişəyə cəlb etmək istəyir. Artıq Ermənistan KİV-ləri Gürcüstanı Azərbaycanın mövqeyini dəstəkləməkdə ittiham edir və gürcülərə öz gələcəklərini düşünməyi "məsləhət görürlər".

Elçin Alıoğlu Elçin Alıoğlu

Bu fikirləri öz rəsmi səhifəsində araşdırmaçı jurnalist Elçin Alıoğlu paylaşıb. O qeyd edib ki, Ermənistan mediası Gürcüstana anidən ordu yeridiləcəyi barədə xəbərdarlıq edib.

“Ermənistana getmək istəyən erməni "könüllülər" özləri ilə 15 yük maşını avtomobil şinləri və ərzaq da aparmaq istəyirlər.

Gürcüstan hökuməti öz ərazisindən hərbi təyinatlı yüklərin daşınmasını qadağan etdiyi üçün gürcü sərhədçilər onları buraxmayıblar. Ermənilərlə gürcü sərhədçiləri və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaranıb.

20 dəqiqəlik qarşıdurmadan sonra gürcü polisi erməni "könüllülər"dən 102 nəfəri Ermənistana buraxıb.

Rəsmi İrəvan isə Gürcüstan rəhbərliyini və gürcüləəri Azərbaycanpərəst mövqedə günahlandırıblar.

Ermənistan mediası yazır: "Gürcülər birdəfəlik anlamalıdır ki, azərbaycanlılar və türklərlə oyun yaxşı nəticə verməyəcək. Ermənilər 2021-ci ildə gözlənilmədən Cavaxetiyaya yerli sakinləri qorumaq üçün ordu göndərəndə qoy gürcülər bizdən inciməsinlər”.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »