Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya şöhrətli alimdən Azərbaycana dəstək mesajı - Foto

Amerikada yaşayıb, fəaliyyət göstərən Nobel mükafatçısı, Karolina Universitetinin professoru, türk əsilli Əziz Sancardan Azərbaycana dəstək gəldi.

Əziz Sancar öz twitter səhifəsində haqq savaşında Azərbaycanın yanında olduğunu, sevgisini, dəstəyini ifadə edib. Bu post 60 min bəyənmə alıb, 8,7 min dəfə paylaşılıb.

Bizimyol.info xatırladır ki, Ə.Sancar 1946-cı ildə Mardinin Savur kəndində dünyaya gəlib. Mardində orta təhsili başa vurduqdan sonra İstanbul Tibb Universitetinə daxil olub. Tibb fakültəsini yüksək qiymətlərlə başa vuran Ə.Sancar iki il Savurda həkim işləyib. Daha sonra təhsilini davam etdirmək üçün ABŞ-a gedib. O, Dallasda Teksas Universitetinin doktoranturasını 1977-ci ildə molekulyar biologiya ixtisası üzrə başa vurub, doktorluq işini isə Yel Universitetində DNA üzrə müdafiə edib. 1982-ci ildə Amerikanın məşhur elmi mərkəzlərindən olan “UNC Chapek Hill”də biokimya və biofizika üzrə çalışmağa başlayıb. O burada DNA, hüceyrə düzülüşü, xərçəngin müalicəsi və bioloji saat üzrə ciddi elmi araşdırmalar aparıb. Çalışdığı sahə üzə 400-dək elmi məqalə, 33 kitab yazıb. Görkəmli alim 2015-ci ildə DNA sahəsində tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görülüb. Ə.Sancar elm sahəsi üzrə Nobel mükafatı alan ilk türkdür.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› Fevralın 25-nə olan hava proqnozu
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »