Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Litvanın Xarici İşlər naziri ilə telefonla danışıb

Xarici İşlər naziri Ceyhun Bayramovun Litva Respublikasının Xarici İşlər naziri Linas Linkeviçyus ilə telefon danışığı baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən APA-ya verilən məlumata görə, nazir Linas Linkəviçyus bölgədə gərginlik ilə bağlı narahatlığını ifadə edərək atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan tərəfinin yeni hərbi təcavüzünə cavab olaraq, öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib. Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini və obyektlərini hədəfə aldığını litvalı həmkarının diqqətinə çatdıraraq, bunun növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halı olduğunu vurğulayıb. Bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın işğalçı siyasətinə son qoyulmasının zəruri olduğu vurğulanıb.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Avropa ölkəsi Rusiyanın nüvə hədəfinə necə çevrildi...
Son xəbərlər
Bütün xəbərlər »