Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun yayılması üçün ən münbit məkan

Koronavirusun yayılması üçün münbit şərait olan məkanlardan biri çoxmərtəbəli binaların liftləri imiş.

Bizimyol.info xəbər verir ki, holland mütəxəssislər araşdırmalardan sonra belə nəticəyə gəlib.

“Binalarda yuxarı mərtəbələrə liftlə yox, pilləkənlə qalxmaq sağlamlıq və fiziki baxımdan formada qalmaq üçün daha faydalıdır. Koronavirus böhranı dövründə liftdə hava çatışmazlığı ilə yanaşı, sağlamlığa təsir göstərən daha bir təhlükə əlavə olunub. Amsterdam Universitetinin alimləri üzə çıxarıb ki, lift kabinələri yoluxma riskinin yüksək olduğu məkanlardan biridir”, - Avstriyanın “Der Standard” nəşri yazır.

Məqalədə qeyd olunur ki, virus daşıyıcısı olan şəxs ucadan danışarkən və ya öskürərkən cəmi bir neçə saniyə ərzində milyardlarla koronavirus yaya bilər. Maye şəkilində olan virus havada daha çox qalır, yerə tez düşmür.

Niderlandlı alim Ses van Reyn və həmkarları aerozolun lift kabinəsində nə qədər müddət qaldığını araşdırıb. Məlum olub ki, liftin qapıları açılana qədər onun cəmi 20 faizi məhv olur, 80 faizi qalır. Tam məhv olması üçün 30 dəqiqəyə qədər vaxt lazımdır. Bu isə o deməkdir ki, bir neçə dəqiqə əvvəl liftdə virus daşıyıcısı olan şəxs öskürübsə, danışıbsa, sonradan kabinəyə daxil olan adamın yoluxmaq riski yetərincə çoxdur.

Ona görə də mütəxəssislər liftdə olarkən maska taxmağı və danışmamağı tövsiyə edirlər. Lift istehsalı ilə məşğul olan müəssisələrə də məsləhət görürlər ki, istifadə olunmadığı müddətdə kabinənin qapılarının açıq qalması mümkün olsun. Çünki bu halda, kabinədə olan virus daha qısa müddətdə məhv ola bilər.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› MN: Düşmənə dəqiq zərbələr endirilib - Video
››› DİN fəala ermənilərlə mesajlaşmasına görə xəbərdarlıq etdi
Son xəbərlər
Bütün xəbərlər »