Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdərədə qanlı döyüşlər gedir

“Ağdərə rayonunda ordumuz Ermənistan Müdafiə Nazirliyinin birbaşa nəzarətində olan 6-cı Madagiz Möhkəmləndirilmiş Rayonun, yəni Madagiz alayının mövqelərinə ağır və sarsıdıcı zərbələr endirir.

Məqsəd Ömər-Murov-Talış və Madagiz-Ağdərə istiqamətlərində düşməni geri çəkilməyə vadar etməkdir”. Bu fikirləri araşdırmaçı jurnalist Elçin Alıoğlu paylaşıb.

Elçin Alıoğlu Elçin Alıoğlu

“Qarşıda Ermənistan ordusunun 2-ci korpusunun motoatıcı alayı var. Alaya Ermənistan ordusunun nəzarətindəki 7-ci Möhkəmləndirilmiş Rayonunun ("Yexnikner") heyəti dəstək verir.

"Yexnikner" Dağlıq Qarabağdakı döyüşlərdə qəddarlığı və vəhşiliyi ilə ad çıxarmış Şagen Mehryan dəstəsinin "xələfi"dir.

Madagiz-Ağdərə istiqamətində hücumun məqsədi Madagizi düşməndən azad etmək və bu minvalla Tərtərə atış təhdidini ləğv etməkdir.

Ağdərənin rayon mərkəzi düşməndən azad ediləndən sonra Sərsəng su anbarının qərb hissəsinə çıxış əldə olunur. Bundan sonra cənuba, Xankəndinə doğru hərəkət etmək olar.

Hazırda Ağdərədə Ermənistan ordusunun 5-ci Möhkəmləndirilmiş Rayonunun, yəni alayının heyəti var”,- deyə o bildirib

Ermənistanın Vardenis rayonundan Kəlbəcərə gedən M-11 yolu ordumuzun nəzarətindədir.

Ağdərə-Xankəndi yolu da əsgərlərimizin kontrolu altına keçib.

Bizimyol.info

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
››› Qubadlı şəhəri işğaldan azad olundu!
Son xəbərlər
Bütün xəbərlər »