Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İMF 81 ölkəyə kredit ayırır

Beynəlxalq Valyuta Fondu (İMF) COVID-19 pandemiyasının fəsadlarını aradan qaldırmaq üçün 81 ölkəyə 100 milyon ABŞ dollarına yaxın kredit ayırıb.

“Report” xəbər verir ki, bu barədə pandemiya və postpandemiya dövründə dünyada inkişafa maliyyə dəstəyi məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüş zamanı İMF-nin icraçı direktoru Kristalina Georgiyeva bildirib.

“Hazırda İkinci Dünya müharibəsindən sonrakı dövrün ən güclü sarsıntısını yaşayırıq və bundan sonra hara gedəcəyimiz çox mühümdür. Çin və inkişaf etmiş ölkələr ilin ikinci rübündə gözlədiyimizdən daha yüksək nəticələr göstərib. Dünya iqtisadiyyatının, dünya ticarətinin dirçəlməsinə dair əlamətləri sezirik”, - o deyib.

İMF rəhbəri bunların yalnız bütün ölkələrin cəsarətli addımları sayəsində mümkün olduğunu diqqətə çatdırıb.

Paylaş »
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Fransadan müsəlman ölkələrinə çağırış
››› Putindən NATO-ya təklif
››› Tramp: Mən Azərbaycan və Ermənistan arasında sülhə nail olacam
Son xəbərlər
Bütün xəbərlər »