“Türk F-16-nın erməni təyyarəsini vurması iddiası doğru deyil”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun açıqlayıb.
“Ermənistan belə ucuz təbliğat oyunu aparmaq yerinə dərhal işğal etdiyi torpaqlardan çəkilsin”, - o əlavə edib.