Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Pakistan bütün İslam dünyası üçün örnək oldular – Mövqe

“Dost dar gündə tanınar” – bu, sadəcə bir məsəl yox, həm də bir həyat dərsi olaraq, Azərbaycan xalqının yaddaşına həkk olundu.

Türkiyə Cümhuriyyəti ən yüksək səviyyədə Azərbaycana dəstək oldu. Ermənistan işğalçılarına qarşı Azərbaycan Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatlarına olduğu kimi qiymət verən ilk xarici KİV-lər də məhz Türkiyə mediası oldu.

Bu gün Türkiyənin müxtəlif agentliklərinin müxbirləri cəbhəboyu ərazilərə ezam olunaraq, Türkiyə və dünya ictimaiyyətini operativ məlumatla təmin edirlər.

Dünyanın bir çox ölkələrində izlənilən və yetərincə ciddiyə alınan Türkiyə KİV-ləri Azərbaycanın mülki əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulması faktını işıqlandırırlar.

Türkiyənin cumhurbaşqanından tutmuş, millət vəkillərinə qədər Azərbaycanın yanında oldular, Ermənistanın işğalçı və anti-humanist siyasətini pislədilər.

Hazırda Türkiyənin əksər xəbər təmayüllü telekanalları efirlərinin böyük hissəsini Azərbaycana və Qarabağa həsr edir, müxtəlif ekspertlərin iştirakı ilə müzakirələr təşkil edirlər.

Bu, Azərbaycan-Türkiyə qardaşlığının bir daha təsdiqi oldu və etiraf etmək lazımdır ki, nəinki Azərbaycan, bütün Türk dünyası üçün qürurverici andır.

Digər Tərəfdən, Pakistan İslam Respublikasından da bariz qardaşlıq nümunəsi gördük. “Heyrətləndik”- demək olmaz, çünki Azərbaycan Respublikası öz müstəqilliyini elan etdiyi ilk günlərdən bəri, rəsmi İslamabaddan ancaq dostluq və qardaşlıq görüb.

İstər birinci Qarabağ müharibəsində, istərsə də sonrakı illərdə Pakistan daim Azərbaycana dostluq və qardaşlıq nümayiş etdirib.

Ermənistanın məhz Azərbaycan torpaqlarını işğal etməsi faktına görə, Pakistan bu dövlətin müstəqilliyini tanımayıb, hər hansı diplomatik əlaqə qurmayıb.

Bu günlərdə davam edən gərglik fonunda rəsmi İslamabad bir daha qəti mövqe nümayiş etdirdi – Pakistan XİN Ermənistanı Azərbaycan torpaqlarından çıxmağa çağırdı və rəsmi bəyanatda Azərbaycan “qardaş ölkə” (“brother nation”) adlandırıldı.

Dünyada iki islam respublikası var – İran və Pakistan. İranda çoxluğu şiə məzhəbli müsəlmanlar təşkil edir, Pakistanda isə sünni məzhəbli. İranın rəsmi mövqeyi neytral, sülhə çağırış oldu; Pakistanın mövqeyi isə “qardaş ölkənin ərazisindən çıxın” kimi yadda qaldı.

Gördüyümüz kimi, İslam dünyası üçün Qarabağ münaqişəsində dərs almalı məqamlar oldu...

Qarabağda məscidlərdə donuz otaran Ermənistan işğalçıları İslam dünyası tərəfindən yetərincə qınanılmadı...

Ərəb ölkələri belə, bu mövzuda neytrallıq nümayiş etdirdilər...

İslam dünyası nə vaxta qədər susacaq?

Səhvlərdən dərs götürməyin vaxtı çatmayıbmı?...

Suallar və suallar...

Ya cavab verməyə ərinirlər, ya da ki, “bu nömrəyə zəng çatmır”...

Rüfət Əhmədzadə

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› Fevralın 25-nə olan hava proqnozu
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »