Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Flora Kərimova: "Axır ki, tanrının yadına düşdük"

Son iki gündə Azərbaycan Ordusunun qazandığı qələbələr Xalq artisti Flora Kərimovanı da duyğulandırıb. Sputnik Azərbaycan xəbər verir ki, sosial şəbəkədə video paylaşan müğənni bir çox kəndin düşməndən azad edilməsi xəbərindən danışıb.

O bildirib ki, sevincindən ağlayıb: "Nisgilli ürəklərin kamını alan igidlərim, analarınızın südü, torpağınızın çörəyi sizə halal olsun. Uca tanrım sizi qorusun. Dünyadan köçənlərə Allah rəhmət eləsin. Bizə azadlığımızı bağışlayan şəhidlərimizin ruhu şad olsun. Hamınızı təbrik edirəm. Sevindiyimdən ağlayıram. Bu günü yaşadığıma görə tanrıma təşəkkür edirəm. Yalvarırdım, Ya rəbb, üzünü bizə tərəf çevir. Axır ki, tanrının yadına düşdük. Bu yolda səbrlə irəliləyən dövlətimə çox sağ ol deyirəm. Hamımız sizə borcluyuq. Bayramınız mübarək! Düşünürəm ki, hələ təbriklər və xoş günlər qabaqdadır. Yaşım çatsa, Qarabağdan mənim də səsim gələcək".(oxu.az)

Paylaş »
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
Son xəbərlər
Bütün xəbərlər »