Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis "COVID-19"la bağlı reydlər keçirib

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə paytaxtda polis əməkdaşları tərəfindən növbəti profilaktik tədbir keçirilib.

PBizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, paytaxtda koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək virusa yeni yoluxma hallarına yol verməmək, bu virusla mübarizədə dövlətimiz tərəfindən əldə edilən müsbət dinamikanın qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl olunması üçün qapalı yerlərdə, ictimai nəqliyyatda nəzarət diqqət mərkəzində saxlanılır.

İctimai iaşə obyektlərində, mağazalarda, ictimai nəqliyyatda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmətin qəbul edilən sanitar-epidemioloji normalara uyğun qurulması və aparılması, sosial məsafənin təmin edilməsi, eləcə də qapalı yerlərdə tibbi maskadan istifadənin zəruriliyi bağlı profilaktik maarifləndirici söhbətlər aparırlar, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması ilə bağlı tövsiyələr verilir, qanunun tələbləri izah edilir. Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyintələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Aram Qabrelyanov Koçaryanın qalib gəldiyini açıqladı
››› Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İyunun 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »