Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət İmtahan Mərkəzinin 5 əməkdaşı könüllü olaraq ordu sıralarına qoşulub

Məlum olduğu kimi, bir neçə gündür erməni silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb və Ermənistan öz işğalçılıq siyasətini davam etdirir. Bu təxribata cavabolaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Bütün Azərbaycan xalqı, hər bir vətəndaş milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir və ordumuzun gücünə inanır.

Bizimyol.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu günlərdə minlərlə Azərbaycan vətəndaşı əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirərək hər an döyüşə getməyə hazır olduqlarını bildirir və Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir.

Məlumat üçün bildirək ki, artıq Dövlət İmtahan Mərkəzinin 5 əməkdaşı da könüllü olaraq Azərbaycan Ordusu sıralarına qoşulub.

Bir daha torpaqlarımızın işğaldan azad olunması üçün tam səfərbərliyə hazır olduğumuzu  bildirir və ordumuza şanlı qələbə arzu edirik!

Allah igid oğullarımızı qorusun!

Qarabağ Azərbaycandır!

Paylaş »
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› Naxçıvan dəhlizi Türkiyəni regional iqtisadi gücə çevirəcək
Son xəbərlər
Bütün xəbərlər »