Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk professor: Azərbaycan ordusu SİHA konsepti ilə irəliləyir

İstanbul EDAM Beyin Mərkəzinin Müdafiə və Təhülkəsizlik proqramı direktoru professor Can Kasapoğlu Anadolu agentliyinə verdiyi müsahibədə Azərbaycanın hazırkı döyüşlərdə Türkiyənin SİHA (silahlı insansız hava aracı) konsepti ilə hərəkət etdiyini bildirib.

“Bu dəfə canının yanma sırası ermənilərdədir. Əməliyyatlara hərbi qiymət verəsi olsaq, Azərbaycan Ordusunun Türk ordusunun Fırat Kalkanı əməliyyatı zamanı həyata keçirdiyi SİHA əməliyyatına uyğun hərəkət etdiyini görərik. Türkiyə Fırat Kalkanı əməliyyatını Liviyada təhlükəli hibrid savaşında daha da təkmilləşdirdi. Bu əməliyyatlar çoxlu sayda hərbi uçuşları, raket hücumları, yüksək elektronik hərbi təhdidləri ehtiva edir. SİHA Rusiya Hava Qüvvələri tərəfindən 36 türk əsgərinin vurulmasına qarşı aparılan əməliyyatlarda da,Suriya Silahlı Qüvvələrinə qarşı keçirilən əməliyyatlarda da uğurla sınaqdan çıxmış bir plandır.

Bakının etməli olduğu tək şey işğalı dərhal və praktiki olaraq bitirmək deyil əslində. Azərbaycan Moskva və İrəvanı elə hala gətirmək lazımdır ki, onlar işğalın davam edə bilməyəcəyini anlasınlar.

Növbəti mərhələdə insansı hərbi sistemlər, insansız quru əməliyyatları keçirən texnologiyanın tətbiqi də şərtdir”,- deyə professor qeyd edib.

Paylaş »
››› Ağdamın mina xəritəsinin yanlış çıxması ilə bağlı məlumata aydınlıq gətirilib
››› Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
››› Bu gün Ermənistanda seçki keçirlir: Məğlub ölkə yeni böhran qarşısında...
››› Aram Qabrelyanov Koçaryanın qalib gəldiyini açıqladı
››› Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İyunun 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »