Orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyət açıqlanıb.
Bizimyol.info xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, 15 şagirdin, 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 10 şagird və 1 işçidə koronavirus aşkarlanıb.
Distant təhsilə keçirilmiş siniflərin sayı 7-dir.
Ümumilikdə indiyə qədər ölkə üzrə bir məktəb, 19 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.