Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk polkovnik: Növbəti 72 saat Azərbaycan üçün son dərəcə vacibdir

“Ermənistanı qidalandıran yollar kəsildi. Azərbaycan danışıqlar masasına oturmadan sürətli irəliləyiş əldə etməlidir

Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və onun ətrafındakı rayonlarda törətdiyi təxribatlara Azərbaycan ordusunun cavabı sərt oldu. SIHA-ların dəstəklədiyi və sürətlə irəliləyən Azərbaycan ordusu strateji yüksəklik və kəndləri işğaldan azad etdi. Bu nöqtələrin azad edilməsi ilə ermənilərə silah daşınmasının qarşısı alındı”.

Bizimyol.info xəbər verir ki, fikirləri ehtiyatda olan polkovnik və təhlükəsizlik məslələri üzər mütəxəssis Unal Atabay səsləndirib.

Unal Atabay Unal Atabay

“Ermənistan Dağlıq Qarabağda çətin vəziyyətə düşüb, sıxılıb qalıb. Yüzlərlə erməni əsgəri , hərbi texnikası məhv edilib. Azərbaycan ordusunun əməliyyatlarını dayandırması üçün xaricdən sisyasi təzyiqlər gözləniləndir.Ordu aldıqlarıyla masaya oturulmalı və alınan yerlər qorunmalıdır. Bu, başdan planlanıb. 72 saat içərisində çox sürətlə hərəkət edib yeni uğurlar qazanmalıdırlar. Qarşı tərəfin gücünü masada qırmaq lazım gələcək. Hərəkətin sürətinə baxılırsa, mən bunu deyə bilərəm”,- deyə polkovnik Yeni Şafak-a bildirib.

“Ermənistanla Azərbaycan münasibətlərinin masada çözülməsi çox çətindir. Çünki Cənubi Qafqazda maraqları olan çox sayda böyük dövlət bu münasibətləri gərginləşdirməyə, Azərbaycanı zəiflətməyə çalışır. Biz bunu görürük və haqq davasında Azərbaycanlayıq”,- deyə polkovnik vurğulayıb.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »