Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq orduya kömək etmək üçün əlindən gələni edir

“Burada polisi, əsgəri, zabiti, kəndlisi bir yerdədir. Hamı əlindən gələni edir. Biri döyüşür, biri yolu açır, biri əsgərə siqaret alır, biri bayraq tutur. Marketdə əsgərin, zabitin ödəniş etməsinə imkan vermirlər. Tələbata uyğun olaraq siqaret çox alınır. Bəzi marketlərdə az da olsa siqaret qıtlığı var. Amma deyirlər tezliklə o da gətiriləcək”. Bu məlumatı hazırda Füzuli şəhərində olan hərbi müxbir İlkin Muradov öz sosial şəbəkə hesabında paylaşıb.

Hərbi Müxbir Səxavət Məmməd isə Tərtərdən məlumat verir:

Təxminən saat 14:00-dan sonra Tərtəri ən çox vuran atış məntəqələri tam susduruldu. Bir müddət ümumiyyətlə Tərtərə mərmi ata bilmədilər. Bu arada artilleriyamız Madagizi, Ağdərənin sağı Qlobusu, solunu, qəsəbənin özünü, arxa istiqamətini loru dildə desək, şumladılar. Bu gün də bir neçə yüksəklik düşməndən təmizləndi. Çox önəmli işlər görüldü, bunu ermənilər də rəsmən açıqladı. Ermənistana gedən meyitlərin, yaralıların sayı təsəvvürünüzə gəldiyindən də çoxdur, hələ texnikalarını demirəm.

Hazırda şəkildə gördüyünüz minanı isə ermənilər atıb. Asfalt yola san cılan bomba partlamayıb.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »