Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşğaldan azad olunmuş kəndlərimizin təhsil statistikası açıqlanıb

Təhsil Nazirliyi işğaldan azad olunmuş kəndlərimizin təhsil statistikasını təqdim edir.

Nazirlikdən bildirilib ki, Füzuli rayonunda işğal olunana qədər 86 təhsil müəssisəsi fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 21 min, müəllimlərin sayı isə 1900 nəfər olub. Hazırda rayon üzrə 79 təhsil müəssisəsi fəaliyyətdədir müəllimlərin ümumi sayı 2259, şagirdlərin sayı isə 1342-dir. Füzuli rayonunun işğaldan azad olunan Kənd Horadiz məktəbi 624 şagirrd yerlik olub, məktəbdə 45 müəllim fəaliyyət göstərib. Qaravənd kənd məktəbi 240 şagird yerlik, Aşağı Əbdürrəhmanlı kənd məktəbi 220 şagird yerlik olub, hər iki məktəbdə 28 müəllim işləyib. Yuxarı Əbdürrəhmanlı kənd orta məktəbui 350 şagird yerlik olub, 30 müəllim çalışıb, Qaraxanbəyli kənd məktəbi isə 624 şaagird yerlik olub, bu məktəbdə 50 müəllim fəaliyyət göstərib.

Cəbrayıl rayonu işğal olunana qədər burada 73 təhsil müəssisəsi fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 14 min 500, müəllimlərin sayı isə 1640 nəfər olub. Hazırda rayon üzrə 41 təhsil müəssisəsi fəaliyyətdədir, müəllimlərin ümumi sayı 1275, şagirdlərin sayı isə 9047 nəfərdir. Rayonun işğaldan azad olunmuş Nüzgar kənd məktəbi 180 şagird yerlik olub, məktəbdə 25 müəllim çalışıb. Böyük Mərcanlı kənd məktəbi isə 300 şagird yerlik olub və burda 100 müəllim işləyib.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
››› Paşinyanın arvadı döyüşə gedir
Son xəbərlər
Bütün xəbərlər »