Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Guardian”ın Qarabağla bağlı yazısı qınaqla üzləşdi

Böyük Britaniyada və Avropada yaşayan həmvətənlərimiz redaksiyaya öz etirazlarını bildiriblər

Böyük Britaniya Birləşmiş Krallığının tanınmış nəşrlərindən olan “Guardian” internet qəzeti Azərbaycan və Ermənistan arasında davam edən gərginlik və Qarabağ münaqişəsilə bağlı dərc etdiyi məqalə bir çox oxucunun qınağına səbəb olub.

Belə ki, Böyük Britaniyada və Avropada yaşayan həmvətənlərimiz elektron poçt vasitəsilə redaksiyaya öz etirazlarını bildiriblər.

Oxucuların məktubunda məqalə müəllifinin yol verdiyi təhrif və birtərəfli yanaşma ilə bağlı məqamlar qeyd olunur.

Məktubda qeyd olunur ki, Azərbaycan heç kimin ərazisini işğal etməyib və hazırda müharibə Azərbaycan ərazilərində gedir.

Məqalə müəllifi Azərbaycana qarşı qərəzli mövqe ilə yanaşır və BMT Baş Assambleyasının 822, 853, 874 və 884 saylı qətnamələrini görməzdən gələrək, Azərbaycan torpaqlarının işğal olunması faktının özünü də “mübahisəli məsələ” adlandırır.

Oxucular redaksiyaya “Guardian”ın reputasiyasını xatırladaraq, 30 ildən artıq işğala məruz qalan Azərbaycana qarşı qərəzli yanaşmamağa dəvət edirlər.

Həmçinin, yazıda Qarbağ münaqişəsinin “dini münaqişə” (“religious conflict”) kimi qələmə verilməsi oxucuların narazılığına səbəb olub.

Oxucular onu da qeyd edir ki, müəllifin məntiqinə əsaslansaq, o zaman İran İslam Respublikası da xristian ölkə Ermənistanı yox, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanı dəstəkləməli idi.

“Bu münaqişə erməni millətçilərinin “Böyük Ermənistan” qurmaq ideyası və Azərbaycana qarşı ərazi iddialarından doğub. Eyni zamanda, işğal olunmuş torpaqlarda yaradılan qondarma rejimin “de-fakto müstəqil dövlət” kimi qələmə verilir, bölgədə Azərbaycan əsilli əhaliyə qarşı etnik təmizləmə aparılması, beynəlxalq hüququn kobud surətdə pozulmasına isə toxunulmur”, - deyə oxucular məktubda qeyd edirlər.

Bundan əlavə, məqalə müəllifinin 1 milyondan çox azərbaycanlı qaçqının öz evlərindən, tarixi torpaqlarından didərgin düşməsi faktını, ümumiyyətlə,yada salmaması, “Guardian” oxucularının təəccüb və qınağına səbəb olub.

Rüfət Əhmədzadə

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »