Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcü konfliktoloq: “Azərbaycan azad etdiyi əraziləri qoruyub saxlaya bilsə, hücum əməliyyatını davam etdirəcək”

“Azərbaycanın mövcud vəziyyəti nəzarətdə saxlaya bilməsi onun müəyyən nəticələr əldə etdiyini göstərir”.

Bunu “aktual.ge” xəbər saytına müsahibəsində gürcü konfliktoloq Giorgi Qanaşvili deyib.

Onun sözlərinə görə, Azərbaycan geri qaytardığı ərazilərdə möhkəmlənərək hücum əməliyyatını davam etdirəcək.

“Azərbaycan tərəfinin mövcud vəziyyəti idarə etməsi onun müəyyən nəticələr əldə etdiyini göstərir. Geri qaytardığı əraziləri qoruyub saxlaya bilərsə, o zaman yəqin ki, hazırkı mərhələdə hücum əməliyyatını davam etdirəcək. Yaranan vəziyyət çox həyəcanvericidir. Vəziyyətin necə sonlanacağı barədə danışmaq tezdir, çünki qarşıdurmaların hələ üçüncü günüdür. Bölgə 1994-cü ildən bəri bu miqyasda bir qarşıdurmaya şahid olmayıb. Onun inkişaf konturları hələ görünmür. Gürcüstanın hazırkı mövqeyinə gəlincə isə, bunu düzgün qiymətləndirirəm. Çünki Gürcüstanın hər iki tərəflə yaxın qonşuluq münasibətləri var. Hər iki tərəf Gürcüstan üçün əzizdir və tarixən bizim həm azərbaycanlılarla, həm də ermənilərlə həmişə dostluq əlaqələrimiz olub. Gürcüstanda kifayət qədər çox sayda azərbaycanlı və erməni yaşayır. Gürcüstanın münaqişə tərəflərindən hər hansı birinin yanında yer alması ölkə daxilində kifayət qədər ciddi problemlər yarada bilər və bu səbəbdən Gürcüstan tərəfsiz və ədalətli olmaq üçün əlindən gələni etməlidir. Gürcüstan üçün yeganə düzgün yanaşma bu olmalıdır”, - deyə G. Qanaşvili qeyd edib.(apa)

Paylaş »
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
››› İyunun 25-nə olan hava proqnozu
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
Son xəbərlər
Bütün xəbərlər »