Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dinc sakinləri hədəfə alan Ermənistan əhali arasında təşviş yaratmaq istəyir”

“Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatını başlayıb və uğurla davam edir”.

Bunu Bizimyol.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, döyüş əməliyyatlarının dayandırılması üçün Azərbaycanın Ermənistan qarşısında bir şərti var: “Şərt odur ki, erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.

Rusiyanın Aprel döyüşlərində olduğu kimi bu döyüş əməliyyatlarına təsir etmək imkanı yoxdur. Rəsmi Moskva anlayır ki Cənubi Qafqazda Türkiyə də var. Və bu regionda Türkiyə ilə qarşılaşmaq istəmir”.

E.Şahinoğlu deyib ki, Ermənistan ordusunun dinc sakinləri və mülki obyektləri atəş altında saxlamasından təəccüblənmək lazım deyil: “Xocalı soyqırımını xatırlamaq lazımdır. Ermənistan istəyir ki əhali arasında təşviş yaradaraq öz istəyinə nail olsun”.

Ramid İbrahimov

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »