Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Korotçenko: “Azərbaycan Ermənistan qoşunlarına qarşı öz ərazisində hərbi əməliyyatlar aparır”

“Gəlin mübahisə etməyək. Beynəlxalq hüquq və mövcud reallıqlar nöqteyi-nəzərindən Azərbaycan Ermənistan qoşunlarına qarşı öz ərazisində hərbi əməliyyatlar aparır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu rusiyalı tanınmış hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” siyasi tok-şousunda çıxışında bildirib.

“Müharibə sonsuz davam edə bilər. Mövcud reallığı qəbul etmək lazımdır. Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi yeddi rayonu “Kazan formulu”na görə Azərbaycanın nəzarətinə qaytarılmalı idi. Azərbaycan isə bunun qarşılığında iqtisadi-ticarət əlaqələrini bərpa edirdi. Dağlıq Qarabağın statusu isə daha sonraya saxlanılırdı. Bu sülhün real formuludur”, - deyə İ. Korotçenko vurğulayıb.

O, münaqişənin ədalətli həlli olmadan sülhün olmasının mümkünsüzlüyünü qeyd edib: “Başa düşmək lazımdır ki, heç bir atəşkəs Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olmadan hökm sürməyəcək”.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› Fevralın 25-nə olan hava proqnozu
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »