“Allah niyə belə qonşuları bizə nəsib eləyib? Yuxarıda rus, aşağıda İran, böyrümüzdə də vəhşi Ermənistan. Erməni analar, sizin ölən balalarınız, şəhid deyillər hamısı cəhənnəmə gedəcək”.
Bu fikirləri Bizimyol.info-ya açıqlamasında Xalq artisti,professor, bəstəkar Fərhad Bədəlbəyli səsləndirib.
“Bizim rusiyadakı ziyalılarımız niyə susurlar? Tahir Salahov sən orda, Moskvada niyə susursan, niyə oturmusan? İradə Zeynalova isterik çıxışlar edirsən, bəs niyə bircə kəlmə Azərbaycan barədə demirsən? Orda erməni aparıcı Simonyan da var. Bəs nə yaxşı o ölkəsinin barəsində susmur, danışır. Amma sən ağzını açmırsan?!
Rüstəm İbarhimbəyov siyasi ambisiyalarını kənara qoy, bir yumruq olaq. Azərbaycanın haqq səsini çatdır. Rusiyadakı dostluqlarınızdan istifadə edin, anladın, işləyin, danışın. Sizin siyasi incikliyiniz varsa da kənara qoyun, bunun bizim ümumi qələbəmizə dəxli yoxdur”.
İlhamə