“Qarabağdakı döyüşlərdə düşmən bizə qarşı Serbiya istehsalı olan reaktiv raketlərdən istifadə edir.
"EDePro G-2000" raketləri ilə Ermənistan ordusundakı BM-21 "Qrad" reaktiv artilleriya qurğuları təchiz olunur. Raketlər Serbiyadan Ermənistana gizli şəkildə daşınmış hərbi texnika və sursat arasında olub”.
Bu fikirləri sosial şəbəkə hesabında araşdırmaçı jurnalist Elçin Alıoğlu paylaşıb. O qeyd edib ki, Ermənistandakı yezidlərdən Dağlıq Qarabağda döyüşmək üçün könüllü dəstə formalaşdırılır. Dəstəyə 2016-cı ilin aprel döyüşlərində gəbərdilmiş Kəram Sloyanın adı verilib.