Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyalı jurnalist ermənilər tərəfindən azərbaycanlı mülki əhalinin öldürülməsini qınayıb

Britaniyalı jurnalist Neil Vatson verdiyi açıqlamada azərbaycanlı mülki vətəndaşlara qarşı həyata keçirilən erməni təcavüzünün insanlığa, insan haqlarına və beynəlxalq hüquqa zidd hərəkət olduğunu bildirib.

O, qeyd edib ki, bu, dünya liderləri tərəfindən qınanılmalıdır.

“Bunlardan ən faciəlisi isə ikisi kiçik uşaq olmaqla, beş nəfərlik bir ailənin öldürülməsidir”, - deyə jurnalist bildirib.

Neil Vatson bildirib ki, Azərbaycan danışıqlar yolu ilə sülhün bərqərar olması üçün ATƏT-in Minsk Qrupu ilə daim əməkdaşlıq edib: “Lakin ABŞ, Rusiya və Fransa tərəfindən həmsədrləri olan bu qurumda erməni perspektivinə meyllilik müşahidə edilir. Rusiya isə münaqişənin, həmçinin, mühüm enerji boru kəmərlərinə yaxın olması səbəbindən bölgədə qeyri-sabitlik yaratmaq istəyir”, - Vatson qeyd edib.

O, Azərbaycanın 27 ildən sonra Füzuli və Cəbrayıl rayonlarında səkkiz kəndin azad edilməsi, erməni ordusunun bir neçə mövqeyinin dağıdılması və Azərbaycan Silahlı Qüvvələrinin mühüm yüksəkliklərdə nəzarəti ələ keçirməsinin çox şad xəbər olduğunu bildirib: “Bu, Ermənistana və onun tərəfdarlarına işğal status-kvonun davam edə bilməyəcəyi barədə açıq bir mesajdır”. (Apa.az)

Paylaş »
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
Son xəbərlər
Bütün xəbərlər »