Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan ordusunun mülki şəxslərə atəş açmasına Avropa Məhkəməsində baxıla bilər”

“Ermənistanın mülki insanları və obyektləri atəşə tutması beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Ermənistanın işğalçılıq siyasəti beynəlxalq platformalarda yayımlamaq lazımdır. İnformasiya müharibəsində uduzmamalıyıq”.

Bunu Bizimyol.info-ya açıqlamasında dövlət hüququ üzrə doktor, politoloq Fərhad Mehdiyev bildirib.

F.Mehdiyev qeyd edib ki, Azərbaycanın ədalətli mövqeyini ifadə etmək üçün rəsmi məlumatların çox olması lazımdır: “Həmin məlumatlar xarici dillərdə yayımlanan informasiya agentlikləri tərəfindən paylaşılmalıdır. Mülki əhalinin vurulduğu ərazilərdən videorepoetaj hazırlayıb, mülki şəxsin vurulduğu yerdə silah və texnilanın, hərbi bazanın olmadığını göstərmək lazımdır. Həmin videolardan xarici televiziya kanalları və informasiya agentlikləri istifadə edirlər”.

F.Mehdiyev deyib ki Ermənistan ordusunun mülki şəxslərə atəş açması barədə hüquqi mübahisəyə Avropa İnsan Haqları Məhkəməsində baxıla bilər.

Paylaş »
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
Son xəbərlər
Bütün xəbərlər »